Rejissor Tarantinonun Los-Ancelesdəki evi qarət olunub

Rejissor Tarantinonun Los-Ancelesdəki evi qarət olunub Bakı. 18 dekabr. REPORT.AZ/ Amerikalı rejissor Kventin Tarantinonun Los-Ancelesdəki evi iki oğru tərəfindən qarət olunub.
Şou-biznes
18 Dekabr , 2018 08:07
Rejissor Tarantinonun Los-Ancelesdəki evi qarət olunub

Bakı. 18 dekabr. REPORT.AZ/ Amerikalı rejissor Kventin Tarantinonun Los-Ancelesdəki evi iki oğru tərəfindən qarət olunub.

“Report” TMZ nəşrinə istinadən xəbər verir ki, rejissorun özü hadisə zamanı evdə olub və oğruları qorxudaraq qaçırdıb.

Portalın məlumatına görə, canilər evə bazar günü, dekabrın 16-da pəncərədən giriblər. Bəzi məlumatlara görə, onlar Tarantinonun qızıl-zinət əşyalarını və başqa əmlakını oğurlayıblar.

Hazırda polis oğruların axtarışını davam etdirir.

Son xəbərlər

Orphus sistemi