Yuxarı

“Rahibənin lənəti” premyeradan 2 gün öncə “CinemaPlus”da nümayiş olunub - VİDEO

“Rahibənin lənəti” premyeradan 2 gün öncə “CinemaPlus”da nümayiş olunub - VİDEO

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan 2 gün öncə Dolby Atmos formatında “Rahibənin lənəti” dəhşət filminin nümayişi keçirilib.

"Report" xəbər verir ki, kinoteatrda filmdə istifadə olunan orjinal dekorasiya ilə bəzədilmiş dəhşət mühiti hökm sürüb. 

Foyedə həmçinin musiqi, furşet və içkilər qonaqlara təqdim olunub.

Dəhşət filminin rejissoru Korin Hardidir. Aktyor heyətinə Taissa Farmiqa, Şarlott Houp, Bonni Aarons, Conni Koyn, İnqrid Bisu və başqaları daxildir.

Filmin məzmununa gəlincə, “Rahibənin lənəti” özünü çoxlu sayda pisliklər ilə bürüyür, bu səbəbdən dəhşətli abstraksiyanın lap kənarında yerləşir. Rumıniyada sakit bir yerdə yerləşən kilsədə cavan rabihə intihar etdikdən sonra, Vatikan hadisəni araşdırmaq üçün naməlum keçmişi olan keşiş və geriyə dönüşü olmayan əhdlər edən təzə rahibəni göndərir. Təkcə həyatları deyil, həm də, inancları və öz ruhları ilə risk edən araşdırmaçılar şeytan rahibə cildinə girmiş qəzəbli güc ilə rastlaşırlar. Kilsə isə sağ və lənətlənmişlər arasında dəhşətli döyüş meydanına çevrilir.

Qeyd edək ki, tədbirin təşkilinə Portal Games, Burger Bomb, Ganja Sharab, “Banketnaya” araqları və “Gala” şərabları dəstək olublar.

Foto: Firi Səlim

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi