Qrossmeyster Teymur Rəcəbov “CinemaPlus”un dəstəyi ilə qələbə qazanıb

Qrossmeyster Teymur Rəcəbov “CinemaPlus”un dəstəyi ilə qələbə qazanıb Noyabr ayında Palma-de-Mayorkada iddia edən Turnirin iki iştirakçısı müəyyən olunacaq
Şou-biznes
7 Avqust , 2017 16:31
Qrossmeyster Teymur Rəcəbov “CinemaPlus”un dəstəyi ilə qələbə qazanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” Cenevrədə Qran-pri FİDE World Chess mərhələsinin sonuncu raundunda qələbə qazanan dünya miqyaslı şahmatçı Teymur Rəcəbovun rəsmi partnyoru olub.

"Report"un məlumatına görə, T.Rəcəbov 20,000 avro məbləğində mükafat qazanıb və Qran-pri yarışının liderlərindən biridir. 

Məlumata görə, amma bu mübarizə sonuncu olmayıb. Belə ki, noyabr ayında Palma-de-Mayorkada iddia edən Turnirin iki iştirakçısı müəyyən olunacaq.

“CinemaPlus” kinoteatrı dünya miqyaslı yarışın qalibi məhz qrossmeyster Teymur Rəcəbovun olacağına və Azərbaycana növbəti vacib mükafat gətirəcəyinə ümid edir. 

Turnirin rəsmi saytı: https://worldchess.com/player/teimour-radjabov/

Son xəbərlər

Orphus sistemi