“Qremmi” prezidenti mükafatlandırmadan 10 gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb

“Qremmi” prezidenti mükafatlandırmadan 10 gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb ABŞ Milli Səsyazma Akademiyasının icraçı direktoru, həmçinin “Qremmi” musiqi mükafatının təşkili ilə məşğul olan Debora Duqan mükafatlandırma mərasimindən 10 gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb.
Şou-biznes
17 Yanvar , 2020 16:41
“Qremmi” prezidenti mükafatlandırmadan 10 gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb

ABŞ Milli Səsyazma Akademiyasının icraçı direktoru, həmçinin “Qremmi” musiqi mükafatının təşkili ilə məşğul olan Debora Duqan mükafatlandırma mərasimindən 10 gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, qərar vəzifə səlahiyyətlərindən sui-istifadə iddiaları üzrə ittihamlar səbəbi ilə qəbul edilib. Təşkilat daxilində müstəqil araşdırma aparılır.

Həmin araşdırma tamamlanana qədər prezident vəzifələrini Qəyyumlar Şurasının sədri Harvi Meyson icra edəcək.

D.Duqan 2019-cu ilin avqustunda Milli Səsyazma Akademiyasının ilk qadın prezidenti olmuşdu.

Xatırladaq ki, "Qremmi”nin təqdimat mərasimi yanvarın 27-nə planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi