Yuxarı
    Bağlamaq

    PRoMete “Otaq” mahnısını klipi ilə birgə dinləyicilərinə təqdim edib

    Klipin operatoru Vüsal Nazimoğlu, montajı isə Vüsal Nazimoğlu və Bəhruz Qurbanlıya məxsusdur

    Bakı. 12 aprel. REPORT.AZ/ Azərbaycanlı rep ifaçısı, keçmiş H.O.S.T qrupunun üzvü PRoMete, dünyaca məşhur pianoçu İslam Manafovun qızı, pianoçu və bəstəkar Turan Manafzadə ilə birgə ifa etdiyi “Otaq” mahnısını klipi ilə birgə dinləyicilərinə təqdim edib.

    Oktyabr ayında hazır olan mahnının klipinə yanvar ayında start verilib və “PicMus Production” tərəfindən həyata keçirilib.

    Bədii rəhbər və rejissor Amal Əlili "Report"a bildirib ki, klipin çəkilmə prosesləri çox rahat olub: "Biz öz işini dəqiq bilən insanlar ilə əhatələnmişik. Hər sahədə peşəkarlar ilə çalışmaq insanların bir-birini daha tez və dəqiq başa düşməyi ilə nəticələnir və buna görə biz düzgün və keyfiyyətli işlərə nail oluruq".

    Klipin operatoru Vüsal Nazimoğlu, montajı isə Vüsal Nazimoğlu və Bəhruz Qurbanlıya məxsusdur, icraçı prodüser Nicat Abdullazadə, menecer Azər Ağayevdir. 

    “Rəqs bu klipin əsas hissəsidir. Mənim üçün ritm, hiss, toxunuş, sevgi, rahatlıq, və s. bu kimi duyğular çox önəmlidir və bu sadaladıqlarım rəqsdə öz birliyini tapır. Akif Kərimli və Nərgiz Məmmədova peşəkar olaraq bu işin öhdəsindən gəldilər. Biz rəqsə baxarkən sadəcə həzz alırdıq”, - deyə rejissor Amal Əlili bildirib.

    PRoMete öz növbəsində qeyd edib ki, rəqsin xoreoqrafı Akif Kərimli və eləcə də Nərgiz Məmmədova Azərbaycanı dünya səhnələrində təmsil edən professional rəqqaslardır: "Bu işlə yaradıcılığım ərzində ən güclü video işim hesab etdiyim klipi təqdim edirəm. Üzərində əməyi keçən hər bir kəsə minnətdarlıq edirəm” - deyə reper PRoMete qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi