Prinsin "Purple Rain" filmində çəkildiyi gödəkçə auksiona çıxarılacaq

Prinsin "Purple Rain" filmində çəkildiyi gödəkçə auksiona çıxarılacaq Hərracın təşkilatçıları bu lota görə, ən azı 6-8 min dollar əldə etməyi planlaşdırır
Şou-biznes
30 Aprel , 2016 11:05
Prinsin Purple Rain filmində çəkildiyi gödəkçə auksiona çıxarılacaq

Bakı. 30 aprel. REPORT.AZ/ Amerikalı müğənni Prins Rocers Nelsonun "Purple Rain" musiqili filmində çəkildiyi gödəkçə Kaliforniyada auksiona çıxarılacaq. 

"Report" "TASS"a istinadən xəbər  verir ki, bu barədə hərracın təşkilatçısı olan "Profiles in History" Auksion Evinin nümayəndələri bildirib. 

Hərracın təşkilatçıları bu lota görə, ən azı 6-8 min dollar əldə etməyi planlaşdırır.

İyunun sonlarında keçiriləcək hərracda, həmçinin amerikalı müğənnilər Britni Spirs və Keti Perrinin səhnə geyimləri, Maykl Ceksonun səhnədə çıxışları zaman taxdığı kristallarla bəzədilmiş əlcəklərindən bir cütü təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi