Yuxarı

Polad Bülbüloğlu "Sən supersən!" layihəsinin azərbaycanlı iştirakçısını dəstəkləyib

Səfir: Pərvanə Əlcanovanın ana haqqında mahnını gözəl ifa etməsinə və Azərbaycanı layiqincə təmsil etməsinə görə şadam

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Sən supersən!" beynəlxalq vokal müsabiqəsinin azərbaycanlı iştirakçısı Pərvanə Əlcanovanı dəstəkləyib.

Bu barədə "Report" Rusiyanın NTV telekanalına istinadən xəbər verir.

Fevralın 18-də NTV telekanalı müsabiqənin seçim turlarının davamını göstərəcək. Seçim turlarında Rusiya və digər MDB ölkələrinin uşaq evlərindən, internat məktəblərindən olan, qəyyumluğa götürülmüş uşaqlar iştirak edirlər.

"Pərvanənin güclü səsi və şübhəsiz, istedadı var. Onun ana haqqında mahnını gözəl ifa etməsinə və bu müsabiqədə Azərbaycanı layiqincə təmsil etməsinə görə şadam" - P.Bülbüloğlu söyləyib.

Diplomat P.Əlcanovaya uğurlar arzulayıb və həmyerlisi ilə fəxr etdiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi