“Pokemon. Detektiv Pikaçu” animasiyası premyeradan əvvəl “CinemaPlus”da nümayiş olunub - VİDEO

“Pokemon. Detektiv Pikaçu” animasiyası premyeradan əvvəl “CinemaPlus”da nümayiş olunub - VİDEO “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan üç gün öncə “Pokemon. Detektiv Pikaçu” animasiyası nümayiş olunub.
Şou-biznes
15 May , 2019 13:07
“Pokemon. Detektiv Pikaçu” animasiyası premyeradan əvvəl “CinemaPlus”da nümayiş olunub - VİDEO

“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan üç gün öncə “Pokemon. Detektiv Pikaçu” animasiyası nümayiş olunub.

"Report" xəbər verir ki, qonaqlar arasında uşaqların üstünlük təşkil etdiyi tədbirdə balacaların üzünə Pikaçu obrazını çəkən rəssam iştirak edib.

Rejissor Rob Lettermanın ABŞ-Yaponiya istehsalı və komediya-fantastik janrında olan film Pokemon videooyunu əsasında çəkilib.

Filmin süjetinin mərkəzində məşhur ekstra-səviyyəli özəl detektiv Qarri Qudmanın (Pol Kitson) oğlu 21 yaşlı Tim Qudmandır (Castin Smit). Atasını tapmaq qərarı verən Tim onun axtarışlarına başlayır və təsadüf nəticəsində öz keçmişindən heç bir şey xatırlamayan pokemon Pikaçu (Rayan Reynolds) ilə rastlaşır. Səylərini birləşdirən Tim və Pikaçu pokemonların insanlar ilə birgə yaşadığı Raym Sitinin küçələrinə yollanırlar.

Tədbirin təşkilinə "Lunchef catering" MMC və "Ceylan" MMC dəstək göstəriblər.

Son xəbərlər

Orphus sistemi