Yuxarı

Özcan Dəniz Bakıya gəlir

Nizami Kino Mərkəzində qala-gecə keçiriləcək

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi, aktyor və rejissor Özcan Dəniz fevralın 23-də Bakıya gələcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Nizami Kino Mərkəzinin mətbuat xidməti yayıb.

Özcan Dəniz Bakıya “Sevimli təhlükəli” filminin baş qəhrəmanları Şükrü Özyıldız və Ayça Ayşin Turan ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək qala-gecəsinə qatılmaq üçün gələcək.

Özcan Dənizin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman,  Edirnədə bir qızı beşikdəykən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok, qızı yenidən qaçırıb gerçək ailəsinə qaytarmaq qərarına gəlir. Bu yolda onu eşq dolu macəralar gözləməkdədir.

Özcan Dəniz bu filmində də sevgi, romantizm və dram elementlərini önə çəkib.

Film Avşar film və DNZ filmin ortaq işidir.

Qala-gecəsində filmin ssenari müəllifi və rejissoru Özcan Dəniz, baş qəhrəmanları canlandıran aktyorlar Şükrü Özyıldız, Ayça Ayşin Turan və yaradıcı qrupunun digər üzvləri iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi