Ötən ilin ən yüksək ödənişli musiqiçilərinin adları açıqlanıb

Ötən ilin ən yüksək ödənişli musiqiçilərinin adları açıqlanıb "Billboard" jurnalı tərəfindən tərtib edilən reytinqdə ilk pilləni Beyonse tutub
Şou-biznes
14 İyul , 2017 14:52
Ötən ilin ən yüksək ödənişli musiqiçilərinin adları açıqlanıb

Bakı. 14 iyul. REPORT.AZ/ "Billboard" jurnalı 2016-cı ildə ən çox qazanan musiqiçilərin adlarını açıqlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, reytinqdə birinci pillədə hesabat dövründə 62,1 milyon dollar (əsasən qastrol səfərləri sayəsində) qazanmış Beyonse qərarlaşıb.

İkinci sırada "Guns N' Roses" qrupu (42,3 milyon dollar), üçüncü pillədə isə Bryus Sprinqstin (42,2 milyon dollar) yer alıb.

Sonrakı pillələrdə Dreyk (37,3 milyon dollar), Adel (37 milyon dollar), Coldplay (32,3 milyon dollar) və Castin Biber (30,5 milyon dollar) qərarlaşıb.

İlk onluğu Lyuk Brayan (27,3 milyon dollar), Kanye Uest (26,1 milyon dollar) və Kenni Çesni (25,4 milyon dolar) tamamlayır.

Son xəbərlər

Orphus sistemi