Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın Los Anceles şəhərində ilin ən böyük kino hadisəsi keçiriləcək.
"Report"-un "TASS"-a istinadən məlumatına görə, “Dolby Theatre” zalında Amerika kinoakademisyasının təsis etdiyi 88-ci ”Oskar” mükafatının verilmə mərasimində Hollivudun məşhur ulduzları iştirak edəcək.
Xatırladaq ki, məşhur amerikalı komediya ustası Chris Rockun aparıcısı olacağı mükafatlandırma mərasimi dünyanın 225-dən çox ölkəsində canlı yayımlanacaq.