Yuxarı

"Oskar"ın budəfəki sahibləri fevralın 22-də bəlli olacaq

"Oskar"ın budəfəki sahibləri fevralın 22-də bəlli olacaq
Los-Ancelesdə 87-ci Oskar mükafatı mərasiminə hazırlıq gedir

Bakı. 21 fevral. REPORT.AZ/ Los-Ancelesdə möhtəşəm "Oskar" mərasiminə hazırlıq işləri gedir. Bu il 87-ci dəfə keçiriləcək "Oskar" mərasiminin qaliblərinin adları fevralın 22-də axşam saatlarında bəlli olacaq.

"Report" xəbər verir ki, mərasim fevralın 22-də Hollywood&Highland Mərkəzdə baş tutacaq.

Hazırda namizədlərin adlarının açıqlandığı bülletenlərin səsverməsi aparılır. Bu il Amerika Kino Akademiyasının 6 292 üzvü gələcək qaliblərin adlarının müəyyənləşəcəyi bülletenləri imzalayıb. Sonda 20 nəfərlik yüksək münsiflər heyəti qalibləri seçəcək. Ən çox səs toplayan film, aktyor, rejissor "Oskar" mükafatının builki qalibi olacaq.

Bu il 24 nominasiya üzrə qaliblər müəyyən ediləcək.

"Oskar" mükafatının təqdimat mərasiminin videoyazısı fevralın 23-də dünyanın bir çox nüfuzlu telekanalları vasitəsilə nümayiş ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi