Yuxarı

“Oskar”a namizədlər açıqlanıb

“Oskar”a namizədlər açıqlanıb

ABŞ-ın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası (AMPAS – Academy of Motion Pictures Arts and Scinces) növbəti “Oskar” mükafatına namizədlərini açıqlayıb.

“Report” RT-yə istinadən xəbər verir ki, film dərəcəsində namizədlər arasında “İrlandiyalı”, ”Ford” “Ferrari”yə qarşı”, “Joker”, “Dovşan Coco”, “Balaca qadınlar”, “Evlilik hekayəsi”, “1917”, “Bir gün …Hollivudda”, “Parazitlər” yer alıb.

Mükafata kişi aktyorlar arasında Antonio Banderas (“Acı və Şöhrət” filmində), Leonardo Di Kaprio (“Bir gün …Hollivudda”), Joakin Feniks (“Joker”), Adam Driver (“Evlilik hekayəsi”), Conatan Prays (“İki Papa”), qadın aktyorlar arasında Skarlett Yohansson (“Evlilik hekayəsi”), Sinti Erivo (“Harriet”), Sirşa Ronan (“Balaca qadınlar”), Şarliz Teron (“Sürpriz”), Rene Zellveger (“Cudi”), rejissorlardan isə Quentin Tarantino (“Bir gün …Hollivudda”), Martin Skorseze (“İrlandiyalı”), Todd Filips (“Joker”), Sam Mendez (“1917”), Bonq Cun-ho (“Parazitlər”) namizəd göstərilib.

Qeyd edək ki, sayca 92-ci “Oskar” mükafatlarının təqdimat mərasimi fevralın 9-da ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi