Oliver Stoun Donald Tramp haqqında film çəkəcək

Oliver Stoun Donald Tramp haqqında film çəkəcək Rejissor Oliver Stounun növbəti filmi ABŞ Prezidenti Donald Tramp haqqında ola bilər.
Şou-biznes
3 İyul , 2019 12:07
Oliver Stoun Donald Tramp haqqında film çəkəcək

Rejissor Oliver Stounun növbəti filmi ABŞ Prezidenti Donald Tramp haqqında ola bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə O.Stoun Taorminada (Siciliya) keçirilən və münsiflər heyətinə başçılıq etdiyi film festivalında bildirib.

"Hamı məndən Tramp haqqında film çəkməyi xahiş edir, gec-tez bu, olacaq. Yəqin ki film 2008-ci ildə sabiq prezident Corc Buş haqqında çəkdiyim "Bush" (W.) kimi komediya janrında olacaq", - O.Stoun deyib.

Onun sözlərinə görə, son 30 ildə ABŞ-ın xarici siyasəti dəyişməyib.

Qeyd edək ki, O.Stun ABŞ-ın son illərdəki siyasətinin tənqidçisi kimi tanınır. O, Fidel Kastro, Uqo Çaves və Vladimir Putin haqqında sənədli filmlərin müəllifidir.

Son xəbərlər

Orphus sistemi