“O səs Türkiyə"nin azərbaycanlı iştirakçısı: “Gələcək karyeramı Azərbaycanda qurmağı düşünürəm” - VİDEO

“O səs Türkiyə"nin azərbaycanlı iştirakçısı: “Gələcək karyeramı Azərbaycanda qurmağı düşünürəm” - VİDEO Nofəl Aslanov: “Məqsədim ölkəmi dünyada layiqincə təmsil etməkdir”
Şou-biznes
21 Dekabr , 2016 13:21
“O səs Türkiyənin azərbaycanlı iştirakçısı: “Gələcək karyeramı Azərbaycanda qurmağı düşünürəm” - VİDEO

Bakı. 21 dekabr. REPORT.AZ/ “Mən hər yerdə Azərbaycanın adı ilə çıxış etmişəm, ölkəmin adını qaldırmışam, uca tutmuşam və həmişə də belə olacaq”.

Bunu “Report”a açıqlamasında “O səs Türkiyə" yarışmasında iştirak edən azərbaycanlı ifaçı Nofəl Aslanov deyib.

O bildirib ki, xarici ölkədə təhsil almağına baxmayaraq, gələcək karyerasını Azərbaycanda qurmağı və davam etdirməyi düşünür: “Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunuyam. Beş ilə yaxın müddətdir peşəkar şəkildə musiqi ilə məşğul oluram. Hazırda İtaliyada vokal üzrə təhsil alıram. Oxu tərzimə uyğun təhsil sisteminin orada daha yaxşı olduğu üçün seçimimi İtaliya etdim. İtaliyada Türkiyədəki müsabiqəyə qatılmağımı bilirlər və məni bu addımımda dəstəkləyirlər. Bu müsabiqənin təhsilimə maneə olmaq əvəzinə təkan verəcəyini düşünürəm. Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmağı planlaşdırıram. Gedəcəyim hər bir yerə azərbaycanlı kimi gedib, Azərbaycanın adından çıxış edəcəm. Məqsədim ölkəmi dünyada layiqincə təmsil etməkdir”.

N.Aslanov nəyə görə digər ölkələrdəki deyil, məhz Türkiyədəki yarışmaya qoşulma səbəbindən danışaraq bildirib ki, səbəb həm Azərbaycan və Türkiyə arasındakı münasibətlər, həm də dil oxşarlığıdır: “Düşünürən ki, Türkiyədəki yarışmada iştirak etməklə doğru seçim etmişəm. Əslinə qalanda, opera ifaçısı üçün belə müsabiqələr fərqli seçimdir. Mənim başqa janrlarda, məsələn pop, soulda ifalarım olduğu üçün, bu müsabiqədə özümü sınamaq istədim”.

Gələcək planları haqqında danışan ifaçının sözlərinə görə, Türkiyədə yarışmada iştirak edəndən sonra təhsilini davam etdirəcək: “Yeni mahnılar üzərində çalışacam. İnanıram ki, gələcəkdə peşəkar musiqiçilərlə də iş birliyim olacaq”.

Son xəbərlər

Orphus sistemi