Yuxarı

Müğənni Şarlotta Lourens koronavirusa yoluxdu

Müğənni Şarlotta Lourens koronavirusa yoluxdu

857

© google

Dünyada koronavirusa yoluxmuş sənətçilərin sırasına 19 yaşlı amerikalı müğənni Şarlotta Lourens də qoşulub.

“Report” “HaberTürk”ə istinadən xəbər verir ki, o, bunu sosial şəbəkə vasitəsilə açıqlayıb.

Sənətçi insanları bayıra çıxmamağa, yaxınlarına diqqət yetirməyə çağırıb. Həmçinin Ş.Lourens israrla küçəyə çıxmaq istəyənlərin eqoist olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 7 568 nəfərdir. Virus qurbanlarının sayı isə 117-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 170 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 208 471-ə çatıb. Bunların 82 909 nəfəri sağalıb, 8 312 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi