Yuxarı

Müğənni Rihanna ABŞ prezidentini sərt şəkildə təhqir edib

Müğənni Rihanna ABŞ prezidentini sərt şəkildə təhqir edib
O, Donald Trampı əxlaqsız donuz adlandırıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Müğənni Rihanna ABŞ prezidenti Donald Trampı "əxlaqsız donuz" adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o öz "Twitter" səhifəsində yazıb.

"Bu, iyrəncdir! Dəhşətli xəbərlərdir! Amerikanı elə gözlərimizin önündə dağıdırlar. Nə dərəcədə əxlaqsız donuz olasan ki, belə bir hərəkət edəsən (Rihanna burada söyüş mənasında işlədilən sözün qısaldılmış "BS" şəklindən istifadə edib — red.)", — deyə o bildirib.

Müğənninin bu şəkildə qəzəblənməsinə Trampın ölkənin miqrasiya qanunvericiliyini sərtləşdirməsi səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi