Yuxarı

Müğənni Pink Avstraliyada xəstəxanaya yerləşdirilib

Müğənni Pink Avstraliyada xəstəxanaya yerləşdirilib

Bakı. 7 avqust. REPORT.AZ/ Amerikalı müğənni Pink virusa yoluxma səbəbindən Sidneydə xəstəxanaya yerləşdirilib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, müğənni avqustun 6-da xəstəliyə görə Sidneydəki şounu təxirə salıb.

Eyni zamanda, Pink avqustun 3-də xəstəlik səbəbindən "Beautiful Trauma" adlı dünya turu çərçivəsində ilk konsertini təxirə salıb.

İki gündən sonra müğənni bədənin susuzlaşması diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin bir sutkadan sonra evə buraxılıb.

Bazar ertəsi Pink mədə infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirilib.

Müğənninin agenti bildirib ki, o, ən azı bir gecəlik xəstəxanada qalacaq. Təxirə salınan konsertlər başqa tarixlərə təyin olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi