Yuxarı

​Klub musiqisi ulduzu TİMATİ "Dalga Beach Nightclub"da yay mövsümünün açılışını edəcək

Dalga Beach Nightclub xüsusi səs və işıq sistemlərindən istifadə olunmaqla qurulan ikimərtəbəli disko klubdur

Bakı. 19 iyun. REPORT.AZ/ Məşhur reper, Rusiya şou-biznesinin ən populyar hip-hop ifaçısı, müasir klub musiqisi ulduzu Timati "Dalga Beach Nightclub"da yay mövsümünün açılışını edəcək.

"Report" xəbər verir ki, iyunun 20-də saat 22:00-da başlayacaq şou proqramda Mr. Black star Timati həm yeni xitlərini, həm illərlə sevilən musiqi nömrələrini təqdim edəcək.

Qala gecəyə girişdə ciddi face və dress kontrol həyata keçiriləcək, 18 yaşından kiçik və xanım müşayiəti olmayan qonaqlar buraxılmayacaq.

Şou proqramın biletinin qiymətləri 30 manat (kokteyl masalarının arxasında ayaqüstü yerlər), 60 manat (səhnə yaxınlığında laung masalar arxasında oturaq yerlər) və 100 manat (ikinci mərtəbədə VİP zonada oturaq yerlər) təşkil edir.

Qeyd edək ki, Azərbaycanın ən böyük akvaparkı olan “Dalga Beach-Aqua Park”ın bu günlərdə açılışında da möhtəşəm show proqram təşkil olunmuşdu. DJ Smash, DJ Vendetda kimi ulduzlar çıxış etmişdi.

"Dalga Beach Nightclub" xüsusi səs və işıq sistemlərindən istifadə olunmaqla qurulan ikimərtəbəli disko klubdur. Bu səs və işıq sistemləri istehsalçı şirkət tərəfindən geniş satışa hələ 2017-ci ildə çıxarılacaq. 

"Facebook"da şou proqramın səhifəsi - https://www.facebook.com/events/1035500983128320/

Instagram səhifəsi - https://instagram.com/dalgabeach.az

Məlumat və bilet sifariş etmək üçün:050 510 10 22 / 012 565-55-35

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi