Yuxarı

Moskvada "JARA" festivalından öncəki ənənəvi parti keçirilib

​Moskvada "JARA" festivalından öncəki ənənəvi parti keçirilib

Rusiya şou-biznesinin ən populyar ulduzları bu il iyulun 25-dən iyulun 28-dək "JARA 2019" Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya gələcəklər.

"Report" xəbər verir ki, bu münasibətlə mayın 30-da Moskvadakı "RoseBar Crocus City" restoranında festivaldan öncəki ənənəvi parti keçirilib.

Gecənin aparıcıları ilk növbədə "JARA" festivalının təşkilatçıları Emin Ağalarov, Qriqori Leps və Sergey Kojevnikovu salamlayan Yana Koşkina və Konstantin Tarasyuk olublar. "Pre-Party"yə ənənəvi olaraq bu il Bakıda çıxış edəcək artistlər - Qlyukoza, Jasmin, Stas Mixaylov, "Fabrika" qrupu, Alyona Apina və başqaları qatılıblar. Gecənin qonaqları arasında isə Yuri Aksyuta, Araz Ağalarov, İqor Matvienko, Stiven Siqal, Amiran Sərdarov və s. kimi simalar olub.

"RoseBar"ın səhnəsində Zomb, Ellai, Rita Dakota, EMIN, Mari Kraymbreri, Elina Çaqa, Natan, Doni, İrina Nelson, Aleksandr Şoua, Klava Koka, "Na-Na" qrupu və başqaları çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi