Bakıda modelyer Gülnarə Xəlilovanın Avropada milli geyimin təbliği üzrə layihəsinin təqdimatı olub

Bakıda modelyer Gülnarə Xəlilovanın Avropada milli geyimin təbliği üzrə layihəsinin təqdimatı olub Məqsəd Avropada Azərbaycan milli geyiminin təbliğ edilməsidir
Şou-biznes
17 İyun , 2016 18:09
Bakıda modelyer Gülnarə Xəlilovanın Avropada milli geyimin təbliği üzrə layihəsinin təqdimatı olub

Bakı. 17 iyun. REPORT.AZ/ Bakıda Dövlət Rəssamlıq Akademiyasının müəllimi, tanınmış modelyer dizayner, Gülnarə Xəlilovanın kataloqunun təqdimatı olub.

"Report" xəbər verir ki, təqdimatın məqsədi Avropada Azərbaycan milli geyiminin təbliğ edilməsidir.

Layihənin əsas simaları milli geyimlərdə iştirak edən Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva və “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun əfsanəvi kapitanı Anar Məmmədxanovun qızı Məryəm olub.

Kataloq iki dildə - Azərbaycan və ingilis dilində buraxılıb. Kataloq bütün Avropada yayılacaq. Layihənin çəkilişləri dünyanın ən böyük xalça fabriklərindən biri olan “Azərilmə”də və Şirvanşahlar sarayı ərazisində, İçərişəhərdə aparılıb.

Layihənin reallaşdırılmasında 2014-cü il Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir və stilist-vizajist, milli mükafatların qalibi Səbinə İmanova iştirak ediblər.

Bayram gecəsinin qonaqları görkəmli ictimai xadimlər, mədəniyyət, incəsənət, elm, diplomatik missiyaların nümayəndələri olublar. Qonaqlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, pedaqoji elmlər doktoru, əməkdar müəllim, akademik Vidadi Xəlilov, Milli Məclisin deputatları, şairə Qənirə Paşayeva, Hikmət Babaoğlu, əməkdar incəsənət xadimi, modelyer dizayner Fəxriyyə Xələfova, xalq artisti Səkinə İsmayılova, əməkdar incəsənət xadimi Samirə Əliyeva, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev, sağlam qidalanma üzrə mütəxəssis, teleaparıcı və şairə Mələk Xəlil, televiziya aparıcıları Mətanət Ağamirli, Leyla Mustafayeva, Ruslan Həsənov, Rəşad Mehdili, ifaçı Samirə Allahverdi və başqaları da olublar.

Natiqlər Azərbaycan xalqının milli adət-ənənələrinin və dəyərlərinin, etnik yaradıcılığının, mədəniyyətinin, incəsənətinin və qədim irsinin bütün dünyada təbliğatı işində layihənin reallaşdırılmasının vacibliyini vurğulayıb. Tədbirdə hələ 2006-cı ildə Gülnarə Xəlilovanın təklif etdiyi Milli Geyim Gününün təsis edilməsinin zəruriliyi qeyd edilib.

Xatırladaq ki, G.Xəlilovanın kolleksiyaları Böyük Britaniya, Rusiya, Çin və digər ölkələrdə uğurla təqdim olunub. Dizaynerin işləri Misir, ABŞ, Türkiyə və digər ölkələrin mədəniyyət mərkəzlərində, eləcə də tanınmış ictimai xadimlərin, mədəniyyət, incəsənət, elm və mədəniyyət nümayəndələrinin kolleksiyalarında saxlanılır. O eləcə də teatr və kino üçün əsərlər yaradıb və bir sıra kitabların müəllifidir. 

Son xəbərlər

Orphus sistemi