"Misir Tanrıları" filmi yeni 3D texnologiyası ilə "CinemaPlus"da nümayiş olunub - VİDEO

"Misir Tanrıları" filmi yeni 3D texnologiyası ilə "CinemaPlus"da nümayiş olunub - VİDEO Yeni texnologiya aydın təsviri pozmadan, yüksək dəqiqlik ilə rəng ötürmənin yeni tətbiqidir
Şou-biznes
25 Fevral , 2016 12:13
Misir Tanrıları filmi yeni 3D texnologiyası ilə CinemaPlusda nümayiş olunub - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanda ilk dəfə olaraq "CinemaPlus" kinoteatrının bütün zallarında Master İmage 3D texnologiyası tətbiq olunub. "Report"un məlumatına görə, yeni texnologiya aydın təsviri pozmadan, yüksək dəqiqlik ilə rəng ötürmənin yeni tətbiqidir. 

Rənglər və təsvir aydın görünərkən, kino haqqında təsəvvür tamam dəyişir. Kinozalın hansı hissəsində oturmaqdan asılı olmayaraq, Master İmage 3D texnologiyasının köməyi ilə ekrana baxış bucağı dəyişmir və təsvir tam mərkəzdə cəmlənir. Masterİmage 3D eynəkləri demək olarki çəkisiz və gəzdirmədə çox rahatdırlar. Onlar yüksək keyfiyyətli görüntü və bütünlüklə filmə dalma ilə təmin edir.

"CinemaPlus" Master İmage 3D texnologiyasını ilk dəfə bu gün "Misir Tanrıları" filmi zamanı tətbiq edəcək.

Filmdə cərəyan edən bütün hadisələr qədim Misir tanrılarının taxt-tac uğrunda mübarizə apardığı dövrdə baş verir. Zənginliyi və təmtəraqlığı ilə heyrətə salan saraylar, bir-birilə mübarizə aparan tanrılar, əcaib məxluqlar, məhv olan piramidalar, sehrli çevrilmələr, odpüskürən əjdahalar – bütün bunları tamaşaçılar rejissor Aleks Proyasanın blokbasterində görəcəklər.

Baş rollarda Cerard Batler, Nikolay Koster-Valdau, Brenton Tueytes, Ebbi Li, Kortni İton, Ceffri Raş, Rufus Syuell çəkilib.

Xatırladaq ki, filmi Azərbaycan ərazisində "Cinema Distribution" şirkəti yayımlayır.

Qeyd edək ki, "Azadlıq" prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır.

Son xəbərlər

Orphus sistemi