Yuxarı

Məşhur SSRİ musiqiçisi Kris Kelmi vəfat edib

​Məşhur SSRİ musiqiçisi Kris Kelmi vəfat edib

2932

Bakı. 3 yanvar. REPORT.AZ/ SSRİ və Rusiyanın məşhur musiqiçisi Kris Kelmi yanvarın 1-də 64 yaşında dünyasını dəyişib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun ürəyi dayanıb.

Kris Kelmi (Anatoli Aryeviç Kelmi) "Zamıkaya kruq", "Noçnoe randevu", "Ustaloe taksi" kimi mahnıların müəllifidir. O həmçinin "Çəkməli pişik" cizgi filmi üçün də musiqi bəstələyib. Kelmi "Visokosnoe leto" və "Rok-Atelye" qruplarının yaradıcısı, eyni zamanda "Avtoqraf" qrupunun iştirakçısı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi