Yuxarı

Co Koker vəfat edib

70 yaşlı britaniyalı müğənninin ölüm səbəbi ağciyərindəki xərçəng olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Məşhur rok ifaçı Co Koker vəfat edib.

Report BBC-yə istinadla xəbər verir ki, 70 yaşlı britaniyalı müğənninin ölüm səbəbi ağciyərindəki xərçəng olub.

O, blüz-rok ifaçısı kimi dünyada məşhurdur. Co Kokerin ən böyük uğuru isə tanınmış mahnılara yazdığı “cover” aranjemanlar idi. Müğənni Beatlesin ifalarına daha çox üstünlük verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi