Məşhur reper gənc yaşda öldü

Məşhur reper gənc yaşda öldü Amerikalı reper, model Çinna Rocers 25 yaşında vəfat edib.
Şou-biznes
9 Aprel , 2020 12:41
Məşhur reper gənc yaşda öldü

Amerikalı reper, model Çinna Rocers 25 yaşında vəfat edib.

“Report” “The Sun”a istinadən xəbər verir ki, sənətçinin ölümünə yüksək dozada narkotik qəbulunun səbəb olduğu ehtimal edilir.

Bildirilir ki, Ç.Rocers uzun müddətdir narkotik asılılığından xilas olmaq üçün mübarizə aparırdı.

Qeyd edək ki, dinləyicilər üçün reper 2014-cü ildə “Selfie” trekinin relizindən sonra tanınmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi