Bakı. 16 noyabr. REPORT.AZ/ Məşhur Argentina və italiyalı bəstəkar və pianoçu Luis Enrike Bakalov 85 yaşında Romada dünyasını dəyişib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, ürəyin işemik xəstəliyi diaqnozu ilə yatdığı xəstəxanada vəfat edib.
Luis Enrike Bakalov öz kino işləri ilə məşhurdur. O, 1996-cı ildə "Ən yaxşı film musiqisi" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.