Məşhur illüziyaçının 60 yaşı tamam olur

Məşhur illüziyaçının 60 yaşı tamam olur O, 12 yaşından illüziyaçılıqla məşğuldur
Şou-biznes
16 Sentyabr , 2016 13:19
Məşhur illüziyaçının 60 yaşı tamam olur

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün məşhur illüziyaçı Devid Kopperfildin anadan olmasının 60-cı ildönümüdür.

"Report" "News.ru"ya istinadən xəbər verir ki, o, 1956-cı il sentyabrın 16-da ABŞ-ın Metaçen şəhərində anadan olub. Onun anası Rebbeka Qüdsdə dünyaya gəlib. Onun ata babası isə Rusiyadan ABŞ-a mühacirət etmişlərdəndir.

Məlumata görə, D.Kopperfild 12 yaşından illüziyaçılıqla məşğuldur. ABŞ-dakı Azadlıq heykəlinin "yox" olması, Böyük Çin səddini keçməsi, Bermud üçbucağına səyahəti, Niaqara şəlaləsindən tullanması, "Şərqi ekspress" vaqonunun "yoxa çıxması" onun məşhur nömrələrindəndir. 

Son xəbərlər

Orphus sistemi