Yuxarı

​Məşhur Hollivud ulduzu 2014-cü ilin "ən pis aktrisası" hesab edilib

​Məşhur Hollivud ulduzu 2014-cü ilin "ən pis aktrisası" hesab edilib
Kemerun Diaz Qızıl moruq mükafatına layiq görülüb

Bakı. 22 fevral. REPORT.AZ/ Amerikalı aktyorlar Kemeron Diaz və Kirk Kemeron "Qızıl moruq" mükafatının versiyasına görə, 2014-cü ilin ən pis aktrisa və aktyorları hesab ediliblər.

"Report" "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, "İlin ən pis filmi" nominasiyasında rejissor Darren Doanın "Miladın xilas edilməsi" (Saving Christmas) filmi "qalib gəlib".

"Ən pis rejissor" nominasiyası Maykl Beyə verilib. Münsiflər onun "Transformerlər 4: məhvetmə zamanı" filmini belə qiymətləndiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi