Yuxarı

Məşhur Hollivud aktyorlarının nikahına xitam verilib

Məşhur Hollivud aktyorlarının nikahına xitam verilib
Conni Depp və Ember Herd 2 illik evlilikdən sonra ayrılıblar

Bakı. 14 yanvar. REPORT.AZ/ Hollivud ulduzu Conni Depp və aktrisa Ember Herd rəsmən ayrılıblar. Nikahın pozulması barədə qərar cümə günü Los-Anceles məhkəməsində qəbul olunub.

"Report" xəbər verir ki, bu barədə "People" jurnalının elektron versiyası məlumat yayıb.

Keçmiş ər-arvad arasında əldə olunan razılaşmaya əsasən, Conni Depp həyat yoldaşına 7 milyon dollar ödəyəcək. Aktrisa bu məbləği xeyriyyə fonduna köçürəcəyini bildirib.

53 yaşlı Depp və 30 yaşlı Herd nikaha 2015-ci ilin fevralında daxil olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi