Yuxarı

Məşhur fransız aktyoru Venesiya Kinofestivalının fəxri mükafatına layiq görülüb

Kinomanlar 83 yaşlı aktyoru Fransa və dünya kinosunun ən görkəmli şəxsiyyətlərindən biri hesab edərək belə qərara gəliblər

Bakı. 15 iyul. REPORT.AZ/ Fransanın məşhur aktyoru Jan-Pol Belmondo nüfuzlu Venesiya Kinofestivalının "Müqəddəs Markın Qızıl Şiri" fəxri mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə Venesiya Kinofestivalının təşkilatçıları məlumat yayıb.

Kinomanlar 83 yaşlı aktyoru Fransa və dünya kinosunun ən görkəmli şəxsiyyətlərindən biri hesab edərək belə qərara gəliblər.

Bundan əlavə, polşalı rejissor Yeji Skolimovski də eyni mükafata layiq görülüb. 

Qeyd edək ki, J.P.Belmondo ilk dəfə Venesiya Kinofestivalında 1965-ci ildə Jan-Lyuk Qodarın "Dəlisov Pyero" filmi ilə iştirak edib. Onunilk filmi festival təşkilatçılarının xoşuna gəlməsə də, sonralar bu film klassika elan edilib.

Y.Skolimovski isə ilk dəfə Venesiya Kinofestivalına 1970-ci ildə "Dərinlik" filmi ilə gəlib. Rejissor ikinci dəfə Venesiyada 2010-cu ildə yeni filminin nümayişi ilə iştirak edib.

Xatırladaq ki, Venesiya Kinofestivalı avqustun 31-dən sentyabrın 10-dək keçiriləcək. Festivalın yekun proqramı iyulun 28-də açıqlanacaq. Kinofestival Emma Stoun və Rayan Qoslinqin birgə çəkdikləri "La La Lend" musiqili filmi ilə açılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi