Məşhur caz ifaçısı, "ağız qarmonunun kralı" Tuts Tilemans vəfat edib

Məşhur caz ifaçısı, "ağız qarmonunun kralı" Tuts Tilemans vəfat edib 95 yaşlı musiqiçi ölümündən bir ay əvvəl yıxılıb və bu səbəbdən xəstəxanada müalicə alıb
Şou-biznes
22 Avqust , 2016 20:46
Məşhur caz ifaçısı, ağız qarmonunun kralı Tuts Tilemans vəfat edib

Bakı. 22 avqust. REPORT.AZ/ Məşhur caz ifaçısı, Belçikanın tanınmış musiqiçisi, "ağız qarmonunun kralı" sayılan Tuts Tilemans vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 95 yaşlı musiqiçi ölümündən bir ay əvvəl yıxılıb və bu səbəbdən xəstəxanada müalicə alıb.

Dünya musiqisində Tuts Tilemans istedadlı caz musiqiçisi və virtuoz "ağız qarmonu və fit çalmaqla müşayiət etmək" bacarığı olan sənət adamı kimi qəbul ediblər.

Tuts Tilemans bu bacarığı ilə dünyanın ən məşhur caz ifaçıları- Ella Fidjerald, Kuinsi Con, Frenk Sinatra, Bill Evans, Rey Çarlz, Oskar Piterson və başqalarını müşayiət edib.

Əsl adı Jan-Batist Frederik İsidor Tilemans olan Tuts Tilemans 1922-ci il aprelin 29-da Brüsseldə anadan olub. "Ağız qarmonunda" musiqilər ifa etmək əvvəllər onun hobbisi olub. Sonralar bu bacarığı Tuts Tilemansa məşhurluq qazandırıb. 1950-ci ildə ilk dəfə Beynəlxalq Festivalda çıxış edib və məşhurluq qazanıb.

1952-ci ildən ABŞ-na köçən Tuts Tilemans sənət karyerasını 2014-cü ildə səhhətində yaranan problemlərlə bağlı bitirib.

Son xəbərlər

Orphus sistemi