Məşhur bəstəkar Ennio Morrikone Hollivuddakı Şərəf xiyabanında adlı ulduza layiq görülüb

Məşhur bəstəkar Ennio Morrikone Hollivuddakı Şərəf xiyabanında adlı ulduza layiq görülüb Onun açılışının rəsmi mərasimi Los-Ancelesdə keçirilib
Şou-biznes
27 Fevral , 2016 10:43
Məşhur bəstəkar Ennio Morrikone Hollivuddakı Şərəf xiyabanında adlı ulduza layiq görülüb

Bakı. 27 Fevral. REPORT.AZ/ Məşhur bəstəkar Ennio Morrikone Hollivuddakı Şərəf xiyabanında adlı ulduza layiq görülüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, onun açılışının rəsmi mərasimi Los-Ancelesdə keçirilib.

Açılış mərasiminə məşhur amerikalı aktyor və rejissor Kventin Tarantino da gəlib. O, uşaqlıqdan böyük audioyazı kolleksiyası topladığını və burada ən çox Morrikonenin bəstələrinin olduğunu söyləyib.

E.Morrikone "Xaç atası", "Yaxşı, pis və çirkin", "Bir dəfə Vəhşi Qərbdə", "Büllur lələkli quş", "Şübhəli olmayan vətəndaşın istintaqı", "Master və Marqarita", "Qırmızı çadır","Püşəkar" və başqa bu kimi məşhur filmlərin musiqisinin müəllifidir.

Ustad bəstəkar ümumilikdə 450-yə yaxın filmin musiqisinin müəllifi olub.

Son xəbərlər

Orphus sistemi