Məşhur amerikalı reper xəstəxanaya yerləşdirilib

Məşhur amerikalı reper xəstəxanaya yerləşdirilib Müğənninin silsilə konsertləri təxirə salınıb
Şou-biznes
22 Noyabr , 2016 07:03
Məşhur amerikalı reper xəstəxanaya yerləşdirilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Amerikalı rep ifaçısı Kanye Uest konsert turunun ləğvi xəbərindən sonra Los-Anceles şəhərində (Kaliforniya ştatı) xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə NBC teleşirkəti məlumat yayıb.

Məlumata görə, musiqiçi bir müddət əvvəl nümayişkaranə şəkildə amerikalı müğənni Beyons, ifaçı Cey-Zinin ünvanına aşkar tənqidlə çıxış edib, eyni zamanda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı dəstəklədiyini bildirib. Bundan az sonra Uestin nümayəndələri bildiriblər ki, onun ölkədə planlaşdırılan silsilə konsertləri baş tutmayacaq.

TMZ portalının məlumatına görə, müğənninin planları onun axır vaxtlar son dərəcə gərgin olması və bir sıra layihələr üzərində iş zamanı stress keçirməsi ilə əlaqədar dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi