Yuxarı

Amerikanın məşhur aktyoru görmə qabiliyyətini itirib

Bill Kosbi uzun zamandır keratokonus xəstəliyindən əziyyət çəkir

Bakı. 21 iyul. REPORT.AZ/ Amerikanın məşhur komediya aktyoru, rejissor, prodüsser Bill Kosbi görmə qabiliyyətini tamamilə itirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, uzun zamandır gözündə problem olan 79 yaşlı aktyor keratokonus xəstəliyindən əziyyət çəkir.

Qeyd edək ki, Bill Kosbi dəfələrlə "Emmi", "Qızıl qlobus", "Qremmi" mükafatlarına layiq görülüb.

O, 2002-ci ildə dünyanın 100 görkəmli afroamerikalısının siyahısına daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi