Məşhur "Aerosmith" rok qrupu dağılıb

Məşhur "Aerosmith" rok qrupu dağılıb "Aerosmith" 1970-ci ildə Bostonda (Massaçusets ştatı) yaradılıb
Şou-biznes
25 İyun , 2016 14:49
Məşhur Aerosmith rok qrupu dağılıb

Bakı. 25 iyun. REPORT.AZ/ Məşhur "Aerosmith" rok qrupu 46 illik fəaliyyətdən sonra dağılmağı barədə xəbər yayıb.

"Report" xəbər verir ki, qrup üzvləri 2017-ci ildə vida turuna çıxacaq və dünyanın bir çox ölkələrindəki məşhur konsert salonlarında çıxış edəcəklər.

Qrupun solisti, məşhur musiqiçi və müğənni Stiven Tayler deyib: "Artıq vida vaxtı gəlib çatıb. Ona görə də son dəfə dünya turuna çıxacağıq". O, dünya musiqisində fəaliyyət göstərən iki - "Aerosmith" və "Rolling Stones" rok qruplarının əvvəlki tərkiblərini qoruyub saxladığını da bildirib.

Qeyd edək ki, "Aerosmith" 1970-ci ildə Bostonda (Massaçusets ştatı) yaradılıb. Qrupun son albomu - "Music from Another Dimension!" 2012-ci ildə işıq üzü görüb. 

Son xəbərlər

Orphus sistemi