Merilin Monro, Odri Hepbern və Sofi Lorenin paltarları sərgiyə çıxarılıb

Merilin Monro, Odri Hepbern və Sofi Lorenin paltarları sərgiyə çıxarılıb Sərgi martın 4-dən 30-dək keçiriləcək
Şou-biznes
4 Mart , 2016 20:29
Merilin Monro, Odri Hepbern və Sofi Lorenin paltarları sərgiyə çıxarılıb

Bakı. 4 mart. REPORT.AZ/ Yekaterinburqda maraqlı sərgi açılıb. Dünyanın 3 məşhur aktrisası Merilin Monro, Odri Hepbern və Sofi Lorenin paltarları sərgidə nümayiş edilir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, sərgidə xarici aktrisaların libasları nümayiş etdirilir.

Paltarlar müxtəlif kolleksiyalarda saxlanılır. Sərgiyə təqdim edilən libaslar isə romalı kolleksiyaçı, modelyer Marı Parmedjaninin kolleksiyasından təqdim edilib.

Sərgi 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilib.

Sərgidə Qreys Kellinin paltarı, Sofi Lorenin "Dünən, bu gün, sabah" filmində geyindiyi paltar, Merilin Monronun "Centlemenlər sarışınları xoşlayır" filmindəki libasları, Odri Hepbernin "Roma tətilləri" filmində geyindikləri kostyumlar gələn qonaqlara nümayiş etdirilir.

Modelyerlər belə sərgilərin London, Paris və Romada tez-tez keçirildiyini bildiriblər.

Qeyd edək ki, sərgi martın 4-dən 30-dək davam edəcək.


Son xəbərlər

Orphus sistemi