Yuxarı

Meray Keri Gürcüstanda konsertlə çıxış edə bilər

​Meraya Keri Gürcüstanda konsertlə çıxış edə bilər

Tbilisi. 1 fevral. REPORT.AZ/ Gürcüstanda dünya şöhrətli müğənni Meraya Kerinin bu ilin may ayında konserti planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia bildirib.

O deyib ki, konsertlə bağlı intensiv işlər aparılır: “Meraya Keri mayda Gürcüstana gəlib, ilk konsertini verə bilər. Bu məsələ tam dəqiqləşdiriləndən sonra məlumat veriləcək. Bu barədə və “Check in Georgia” layihəsi çərçivəsində planlaşdırılmış digər tədbirlər barədə iki həftə sonra məlum olacaq”.

M.Kerinin konsertinin Qara dəniz sahilində yerləşən “Black Sea Arena” zalında keçiriləcəyi nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi