Yuxarı

​Meray Keri terror səbəbindən Brüsseldəki konsertini təxirə salıb

Mənə pərəstişkarlarımın təhlükəsizliyini təmin etmək üçün şounu təxirə salmağı məsləhət gördülər

Bakı. 26 mart. REPORT.AZ/ Müğənni Meray Keri bu həftə Belçika paytaxtında baş verən terror aktlarını nəzərə alaraq Brüsseldə verməli olduğu konsertini təhlükəsizlik baxımından ləğv edəcək.

"Report" xəbər verir ki, bu barədə o "twitter" səhifəsində yazıb.

"Mən Brüsseldəki pərəstişkarlarımı sevirəm və eyni zamanda mənə pərəstişkarlarım, qrupum və personalımın təhlükəsizliyini təmin etmək üçün şounu ləğv etməyim məsləhət görüldü", — deyə Keri yazıb.

Eyni zamanda müğənninin bu gün Lüksemburqda keçirilməsi planlaşdırılan konserti qüvvədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi