Los-Ancelesdə "Oskar" mərasimi üçün bütün hazırlıqlar yekunlaşıb

Los-Ancelesdə "Oskar" mərasimi üçün bütün hazırlıqlar yekunlaşıb Təşkilatçılar Oskar-ın təqdim etmə mərasiminə güclü yağışın mane ola bilməyəcəyi deyir
Şou-biznes
22 Fevral , 2015 22:48
Los-Ancelesdə Oskar mərasimi üçün bütün hazırlıqlar yekunlaşıb

Bakı. 22 Fevral. REPORT.AZ/ Bu gün Los-Anceles şəhərində keçiriləcək Oskar Mükafatının 87-ci təqdim etmə mərasimi üçün bütün hazırlıqlar tamamlanıb.

"Report" BBC-yə istinadla xəbər verir ki, təşkilatçılar Amerika və dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu mükafatı hesab edilən Oskar-ın təqdim etmə mərasiminə hətta güclü küləklə yağışın da mane ola bilməyəcəyi bildirib.

Qeyd edək ki, Oskar Mükafatı hazırki görünüşdə ilk dəfə 1939-cu ildə təqdim olunub.

Oskar heykəlciyi heykəltaraş Cors Stenli tərəfindən yaradılıb, onun dizayn görünüşü isə MGM kinokompaniyasının quruluşçu rəssamı Sedrik Gibson tərəfindən işlənilib.

Mükafatın «Oskar» adlandırılmasını Akademiyanın kitabxanaçısı (sonralar direktoru) Marqarit Herriklə əlaqələndirirlər. Heykəlin hündürlüyü 34 sm, podiumun diametri 13 sm, çəkisi isə 3,8 kq-dır.

Əridilmiş qalayla qurğuşun xüsusi qəlibə tökülür. Cilalanan heykəllərə qalvanik örtüklər çəkilir. Bundan sonra ardıcıl olaraq üzərinə mis, nikel və gümüş, son mərhələdə isə heykəlin üzərinə 24 qram qızıl örtük çəkilir.

İkinci dünya müharibəsində əlvan metallar qıt olduğundan «Oskar»lar gibsdən hazırlanırdı. 

Son xəbərlər

Orphus sistemi