Yuxarı
    Bağlamaq

    Aktrisa Lindsi Lohan örpək bağladığı üçün London aeroportunda saxlanılıb

    Aktrisa İstanbuldan Nyu-Yorka uçurmuş

    Bakı. 22 fevral. REPORT.AZ/ Hollivud ulduzu Lindsi Lohan Londonun Hitrou hava limanında şübhəli şəxs qismində saxlanılıb.

    "Report" xəbər verir ki, aktrisa başına örpək bağladığı üçün əlavə yoxlamadan keçməli olub.

    İstanbuldan gələn Lohan Londondan keçməklə Nyu-Yorka gedirmiş.

    Aktrisanın sözlərinə görə, o, Türkiyə şəhərində yerli adət-ənənələrə hörmət əlaməti olaraq başına örpək bağlayıb və kənardakıların diqqətini cəlb etməmək üçün onu çıxartmamaq qərarına gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi