Yuxarı

Ledi Qaqa Rio-de-Janeyroda xəstəxanaya yerləşdirilib

Ledi Qaqa Rio-de-Janeyroda xəstəxanaya yerləşdirilib
Müğənni bədənində güclü fiziki ağrı hiss edib
© Foto: Repotr.az

Bakı. 15 sentyabr. REPORT.AZ/ Amerikalı müğənni Ledi Qaqa "Rock in Rio" adlı böyük musiqi festivalının keçirildiyi Rio-de-Janeyro şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

"Report"un məlumatına görə, bundan əvvəl ifaçının festivalda iştirak etməyəcəyi barədə xəbərlər yayılsa da, bu qərarın nə ilə əlaqədar olduğu qeyd edilməmişdi.

İlkin məlumatlara görə, Qaqa güclü fiziki ağrı hiss edib.

Məlumdur ki, müğənni sonuncu sənədli filmində fibromialgiyadan - simmetrik ağrılarından əziyyət çəkdiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi