Yuxarı

​Məşhur müğənninin konsertində silahlı insident baş verib

Hadisə nəticəsində beş nəfər yaralanıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Amerikalı müğənni və aktyor Kris Braunun Kaliforniyada təşkil olunan konserti silahlı insidentlə başa çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində beş nəfər yaralanıb.

Hadisə bazar günü San-Xose şəhərindəki "Fiesta" gecə klubunda baş verib. Polisin məlumatına görə, Braun məşhur hitlərindən birini ifa edən zaman naməlum şəxs atəş açıb, ardınca təşviş və basırıq yaranıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların həyatı üçün heç bir təhlükə yoxdur. Braun zərər çəkməyib.

Faktla bağlı bir neçə nəfər saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi