Yuxarı

Kobzon xərçəngdən müalicə olunmaq üçün Avropaya gedir

Ona viza almaqda Vladimir Putin köməklik göstərib

Bakı. 29 Avqust. REPORT.AZ/ Rusiya Dövlət Dumasının deputatı, müğənni İosif Kobzon Avropa İttifaqının qadağan olunmuş şəxslər siyahısına daxil olmasına baxmayaraq, müalicə üçün Avropaya gedəcək.

"Report" xəbər verir ki, bu barədə Kobzon "Rusnovosti"yə açıqlamasında bildirib.

"Mən Putinə minnətdaram. Onun müdaxiləsi sayəsində mənə tibbi viza verdilər", — deyə 7 il öncə prostat vəzinin xərçəngi diaqnozu qoyulan müğənni söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi