KİV: Rusiya Ukraynanın əvəzində "Eurovision" müsabiqəsini qəbul edə bilər

KİV: Rusiya Ukraynanın əvəzində "Eurovision" müsabiqəsini qəbul edə bilər Əgər Ukrayna oktyabr ayına qədər təşkilat məsələlərini həll edə bilməzsə, "Eurovision" müsabiqəsini başqa ölkəyə verə bilərlər
Şou-biznes
8 Sentyabr , 2016 10:38
KİV: Rusiya Ukraynanın əvəzində Eurovision müsabiqəsini qəbul edə bilər

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ukrayna oktyabr ayına qədər təşkilat məsələlərini həll edə bilmədiyi təqdirdə, Rusiya "Eurovision-2017" müsabiqəsini keçirmək hüququnu əldə edə bilər.  

"Report" xəbər verir ki, bu barədə "İzvestiye" qəzeti yazır. 

Avropa Yayım Birliyində (AYB) qeyd ediblər ki, Kiyev yaxın zamanlarda müsabiqənin keçirilmə yeri və tədbirin maliyyələşdirmə mənbələrini müəyyənləşdirməlidir. Əgər Ukrayna hökuməti dəqiq cavab verməzsə, "Eurovision" müsabiqəsini başqa ölkəyə verə bilərlər.

"Qalib statusunu onlardan heç kim ala bilməz. Bununla belə, müddətə gəldikdə, qərar daha tez qəbul edilməlidir", - AYB  mətbuat xidmətindən bildiriblər. 

Son xəbərlər

Orphus sistemi