Yuxarı

KİV: Britaniyalı müğənni Adel ərə gedib

Adelin mətbuat katibi xəbəri şərh etməkdən imtina edib

Bakı. 16 mart. REPORT.AZ/ Britaniyalı müğənni Adel uzun müddətdir birlikdə olduğu sevgilisi Saymon Koneki ilə nikahını rəsmiləşdirib.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Müğənninin sol əlinin adsız barmağında iki üzük görülüb. Qəzet iddia irəli sürüb ki, nişan üzüyünün yanındakı qiymətli əşya məhz evlilik nişanıdır.

Bəzi mənbələrə görə, S.Koneki hələ Milad bayramı zamanı Adelə evlilik təklifi etmişdi. Mənbənin bildirdiyinə görə, müğənni bu barədə dünya turu çərçivəsində keçirdiyi konsertlərdən birindən sonra səhnə arxasında danışıbmış.

Adelin mətbuat katibi xəbəri şərh etməkdən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi