“Cinemazadeh” studiyasının istehsalı olan, Azərbaycan kino tarixinin ən çox baxış sayı toplamış çoxdan gözlənilən “Kəklikotu” macəra komediyası noyabrın 15-i saat 21:45-də "Azad Azərbaycan" Müstəqil Teleradio Kampaniyasının kanalında (ATV) yayımlanacaq.
"Report" xəbər verir ki, filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor təqdim olunub.
Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorlar - Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri - Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operator Rəşad Qarayev, bəstəkar Rüstəm Zeynalov, müsiqi üzrə direktor Aynur Axundzadə, icraçı prodüser Tural Əsədov və Xətai Əlidir.
Filmdə Müşfiq Şahverdiyev,
Flimdə meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu deyilmiş. Milyonla ölçülən həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.