Yuxarı

Kayahan vəfat edib

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi

Bakı. 3 aprel. REPORT.AZ/ Türk musiqisinin böyük sənətkarı, bəstəkar, müğənni Kayahan vəfat edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilən Kayahan aprelin 3-də dünyasını dəyişib.

Kayahan xərçəng xəstəliyindən əziyyət çəkirdi.

O, ilk dəfə xərçəng xəstəliyinə 1990-cı ildə yaxalanıb. Həmin vaxt həkimlər ona 6 ay ömrü qaldığını demişdilər. Amma Kayahan müalicə alaraq bu xəstəlikdən yaxa qurtara bildi. 11 il sonra Kayahanda yenidən bu xəstəlik tapıldı. Keçirdiyi 4 cərrahiyyə əməliyyatı və kimyaterapiyadan sonra müğənni yenidən sağalıb. Üçüncü dəfə xərçəng xəstəliyi ilə mübarizə aparmağa məcbur olan Kayahanın vəziyyəti bu dəfə daha ağır olaraq qiymətləndirilirdi.

Qeyd edək ki, Kayahan Açar 1949-cu il martın 29-da İzmirdə anadan olub. Sənətkar bir neçə gün öncə 66 yaşını qeyd etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi