Yuxarı

Türkiyənin məşhur müğənnisi Kayahan dəfn olunub

Mərasimə sənətçinin yaxınları, dostları və həmkarları qatılıblar

Bakı. 4 aprel. REPORT.AZ/ Ötən gün dünyasını dəyişən Türk musiqisinin böyük sənətkarı, bəstəkar, müğənni Kayahan son mənzilə yola salınıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ilə vida mərasimi bu gün Camal Rəşid Rey salonunda keçirilib.

Mərasimə sənətçinin yaxınları, dostları və həmkarları qatılıblar. Vida mərasimindən sonra Kayahanın cənazəsi Teşvikiye Məscidinə aparılıb. Məsciddə cənazə namazı qılınıb. Sonra Kayahan Kanlıca qəbiristanlığında dəfn olunub.

Sənətkarın ailəsi dəfnə çələng göndərmək istəyənlərə bunun əvəzinə Mehmetçik Vəqfinə (Hərbi Fond) yardım etmələrini xahiş edib. 

Qeyd edək ki, Kayahan xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 66 yaşında vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi