"Kardeşim benim" filminin Bakıda qala-gecəsi keçiriləcək

"Kardeşim benim" filminin Bakıda qala-gecəsi keçiriləcək Türkiyənin məşhur aktyorları Azərbaycana gələcək
Şou-biznes
15 Yanvar , 2016 12:23
Kardeşim benim filminin Bakıda qala-gecəsi keçiriləcək

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda Türkiyənin məşhur aktyorları Burak Özçivit, Murad Boz və Aslı Enverin rol aldığı "Kardeşim benim" filminin qala-gecəsi keçiriləcək.

"Report" xəbər verir ki, fevralın 10-da baş tutacaq qala-gecəsi münasibətlə filmin yaradıcı heyəti və baş rolun ifaçıları Bakıya gələcək.

Nizami Kino Mərkəzində keçiriləcək qala gecədə filmin nümayişindən sonra aktyorlar mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, filmin ssenari müəllifi Zafer Külünk, rejissoru Mert Baykaldır. "Kardeşim benim" iki musiqiçi qardaşın həyatından bəhs edir. Filmin Türkiyədə ilk nümayişi yanvarın 14-də olub. 

Son xəbərlər

Orphus sistemi