"JARA 2020"nin konsepsiyasının detalları açıqlanıb

"JARA 2020"nin konsepsiyasının detalları açıqlanıb JARA Beynəlxalq Musiqi Festivalının təşkilatçıları JARA 2020nin konsepsiyasının detallarını açıqlayıblar.
Şou-biznes
5 Oktyabr , 2019 18:03
JARA 2020nin konsepsiyasının detalları açıqlanıb

"JARA" Beynəlxalq Musiqi Festivalının təşkilatçıları "JARA 2020"nin konsepsiyasının detallarını açıqlayıblar.

"Report" məlumatına görə, "JARA 2020" iyulun 29-dan avqustun 2-dək keçiriləcək.

"JARA 2020" yaxınlaşır! Bu gün biz növbəti festivalın konsepsiyasını təqdim etməkdən məmnunuq: 5 gün və sözün həqiqi mənasında hər zövqə görə 5 unudulmaz proqram. Builkindən daha isti olacaq - söz veririk!" - festivalın "İnstagram" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazılıb.

"JARA 2020" konseptual proqramlardan ibarət olacaq. Belə ki, iyulun 29-da qala konserti keçiriləcək, iyulun 30-da 2000-ci illərin ulduzları çıxış edəcək, iyulun 31-də 1990-cı illərin hitləri səsləndiriləcək, avqustun 1-də Beynəlxalq Gün, avqustun 2-də isə "Z nəsli!" baş tutacaq.

Son xəbərlər

Orphus sistemi